"Arsenal" ötən gün UEFA Çempionlar Liqası yarımfinal mərhələsinin ilk oyununda Madrid "Atletiko"su ilə heç-heçə edib (1:1).
Matc.az xəbər verir ki, "topçular"ın hücumçusu Viktor Dyekereş oyundan sonra komandasının çıxışını şərh edib:
"Düşünürəm ki, birinci hissədə oyuna kifayət qədər yaxşı nəzarət edirdik. İkinci hissəyə isə onlar bizdən daha yaxşı başladılar. Bəlkə də qol vurmağa layiq idilər. Ümumilikdə çətin oyun oldu. Bu cütün hələ yalnız yarısını keçmişik. Ezenin mümkün penalti epizodunu görmədim. Buna görə də nəsə demək çətindir. Amma bu futboldur. Qolun niyə ləğv edildiyini bilmirəm. Sanki təmas var idi, amma qərarı hakimlər verir. Yalnız onu deyə bilərəm ki, evdə, azarkeşlərimizin qarşısında hər şey fərqli olacaq. Buna şübhə yoxdur. Öz işimizi görməli və ən yüksək səviyyədə çıxış etməliyik.
Qeyd edək ki, bu komandalar arasındakı cavab qarşılaşması 5 may tarixində İngiltərədə baş tutacaq.












