11 İyul 2025, 13:20
FUTBOL
"Yuventus"un türk futbolçusu Kenan Yıldız komandadan ayrıla bilər.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
"Barselona" və "Bavariya" Kenanı transfer etmək istəyir. Hər iki klub 20 yaşlı vinger üçün A Seriyası nəhəngi ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Kenan Yıldız ötən mövsüm "Yuventus"un heyətində keçirdiyi 52 oyunda 12 qol vurub, 9 qol ötürməsi edib. Türkiyə millisinin üzvünün İtaliya klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimidir.