Portuqaliya yığmasının və "Beşiktaş"ın futbolçusu Rikardo Kuarejma ilə Gənclər və İdman Nazirliyində görüş təşkil olunub. 36 yaşlı yarımmüdafiəçinin gəlişinin şəhərlə tanışlıq xarakteri daşıdığını bildirilib.
Portuqaliya yığmasının və "Beşiktaş"ın futbolçusu Rikardo Kuarejma ilə Gənclər və İdman Nazirliyində görüş təşkil olunub. Matc.az saytının məlumatına görə, ulduz futbolçunun Bakıya səfərinə həsr olunan tədbirdə gənclər və idman naziri Azad Rəhimov, nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov, həmçinin "Beşiktaş"ın ölkəmizdəki azarkeşləri iştirak ediblər.
36 yaşlı yarımmüdafiəçinin gəlişinin şəhərlə tanışlıq xarakteri daşıdığını bildirilib. Azad Rəhimov Kuarejmaya Azərbaycan və Portuqaliya arasındakı dostluğa görə diplom təqdim edib.
Qeyd edək ki, 2015-ci ildən "Beşiktaş"ın formasını geyinən Rikardo Kuarejma 2016-cı ildə Portuqaliya yığmasının heyətində Avropa çempionu olub.