19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Belarusun Minsk şəhərində təlim-məşq toplanışı keçəcək. Matc.az saytı xəbər verir ki, komanda əvvəlcə iyunun 2-də Bakıda bir araya gələcək.

Ayın 6-dək payrtaxtımızda hazırlıq keçəcək U-19 ertəsi gün Minskə yola düşəcək. Yığmamız toplanış çərçivəsində iyunun 8-də (yerli vaxtla saat 18:00-da) və 10-da (yerli vaxtla saat 11:00-da) belaruslu həmyaşıdları ilə yoldaşlıq oyunları keçirəcək.

Toplanışa 20 futbolçu dəvət olunub: Nihad Qurbanlı, İlkin Əbiyev, Vüsal Əsgərov, Turan Vəlizadə, İsmayıl Zülfügarlı (hamısı "Neftci"), Ayhan Arazlı, Zamiq Əliyev, Nihad Quliyev, Tural Bayramov (hamısı "Qarabağ"), Xəyal Muradov, İdris İnqılablı, Ali Mürsəlov, Veysəl Rzayev (hamısı "Qəbələ"), Murad Məmmədov, Ədilxan Qarəhmədov (hər ikisi "Sabail"), Rüfət Abdullazadə, Səbuhi Abdullazadə (hər ikisi "Sumqayıt"), Rüstam Samiqullin ("Strogino", Rusiya), Elnur İbragimov (Moskva klubunun akademiyası, Rusiya), Ruslan Qabaraev (MOİK, Moskva, Rusiya).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest