"Kasımpaşa"nın yeni baş məşqçisi məlum olub. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Superliqa təmsilçisinin "sükan arxası"na İbrahim üzülməzə keçib. üzülməz bir neçə gün əvvəl "Gənclərbirliyi"nin baş məşqçi postundan istefa vermişdi.

Onun paytaxt təmsilçisini Superliqaya çıxardığı halda postundan ayrılması sürpriz olsa da, tezliklə başqa bir kluba baş məşqçi təyin olunacağı bir o qədər gözlənilən idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest