"Liverpul" 2 futbolçusu ilə yeni müqavilə imzalamağa hazırlaşır. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, söhbət müdafiəçi Joel Matip və yarımmüdafiəçi Ceyms Milnerdən gedir.

"Qırmızılar" hər iki futbolçuya gələn ilin yayına qədər olan müqavilə müddətini 2021-ci ilin yayına qədər uzatmağı təklif edib. Tərəflər arasında artıq ilkin razılıq əldə olunub. Sabah "Tottenhem"ə qarşı keçiriləcək çempionlar Liqasının final matçından sonra yeni anlaşmaların rəsmən açıqlanması gözlənilir.

Qeyd edək ki, bu mövsüm Matip 30, Milner isə 44 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest