InStat şirkəti çempionlar Liqasında rəmzi yığmanın tərkibini açıqlayıb. Matc.az saytının məlumatına görə, finala yüksələn "Tottenhem"in heç bir oyunçusu siyahıya düşə bilməyib.

Digər finalçı "Liverpul"un isə 2 üzvü simvolik komandada özünə yer tapıb.

Rəmzi komandanın tərkibi: Mark-Andre ter Ştegen ("Barselona"); Joao Kanselo, Corcio Kyellini (hər ikisi "Yuventus"), Vircil van Deyk ("Liverpul"), Xordi Alba ("Barselona"); Cordan Henderson ("Liverpul"), Pol Poqba ("Mançester Yunayted"), Hakim Ziyeç ("Ayaks"); Rahim Sterlinq ("Mançester Siti"), Lionel Messi ("Barselona"), Neymar (PSJ).

Qeyd edək ki, sabah "Vanda Metropolitano"da keçiriləcək "Liverpul" - "Tottenhem" finalı Bakı vaxtı ilə 23:00-da başlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest