"Krasnoyarsk həmişə yaxşı oyunçular yetişdirir. İsayev isə istedadlı olmaqla yanaşı, həm də futbola böyük sevgi bəsləyən biridi. O, toplanış oldu-olmadı, daim öz üzərində çalışır".

"Bir vaxtlar komandamızda 1993-1995-ci il təvəllüdlülərdən ibarət çox istedadlı futbolçu qrupumuz var idi. Onlardan biri də Azərbaycana üz tutan və daha yüksək səviyyədə çıxış edən Aleksey İsayevdi". Matc.az saytı xəbər verir ki, bunu "Yenisey"in əvəzedici komandasının baş məşqçisi Aleksandr Alekseyev deyib.

Geridə qalan mövsüm sonuncu yeri tutaraq Premyer Liqanı tərk edən klubun gənclərdən ibarət komandasını çalışdıran Alekseyev Rusiya mətbuatına müsahibəsində bir çox məqamlara toxunub. Krasnoyarskın yetişdirdiyi istedadlı futbolçulardan bəhs edən çalışdırıcı "Sumqayıt"ın yarımmüdafiəçisi Aleksey İsayev haqda xüsusi danışıb.

O, milli komandamızın üzvünü izlədiyini bildirib: "Krasnoyarsk həmişə yaxşı oyunçular yetişdirir. İsayev isə istedadlı olmaqla yanaşı, həm də futbola böyük sevgi bəsləyən biridi. O, toplanış oldu-olmadı, daim öz üzərində çalışır. Buna görə də, Alekseydə inkişaf baş verdi və o, artıq Azərbaycan millisi səviyyəsinə yüksəldi. Oyunlarını izləyirəm, hərdən danışırıq. "Sumqayıt"da uğurlu çıxış edir, komandanın hücumlarının qurulmasında əsas rolu oynayır. Aleksey peşəkar cəhətdən işini çox yaxşı görür".

Qeyd edək ki, Alekse İsayev ötən ilin yayından "Sumqayıt"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest