"Fənərbaxça"nın futbolçusu Elif Elmas karyerasını İtaliyada davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc yarımmüdafiəçi "İnter"in maraq dairəsinə düşüb.

Baş məşqçi Antonio Konte ilə anlaşan və heyətində dəyişikliklər etməyi planlaşdıran "neradzurra" 20 yaşlı oyunçuya gələcək ulduz gözü ilə baxır. Milanlılar Makedoniya millisinin üzvü üçün İstanbul klubuna 17 milyon avro təklif edib. Futbolçunun meneceri George Qardi açıqlamasında "İnter"lə yanaşı, "Latsio" və "Napoli"nin də onunla əlaqə saxladığını söyləyib.

Qeyd edək ki, Elif Elmas "Fənərbaxça"ya 2017-ci ildə "Rabotniçki"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest