01 İyun 2019, 13:03
FUTBOL
"Sportinq"in yarımmüdafiəçisi Bruno Fernandeş İngiltərəyə köçməyə hazırlaşır. Matc.az saytının "Sun" nəşrinə istinadən məlumatına görə, 25 yaşlı futbolçu "Mançester Yunayted"ə keçməyə yaxındı.
Klublar arasında artıq ilkin razılıq əldə edilib. "Mançester Siti"nin də futbolçu ilə maraqlanmasına baxmayaraq, o, "qırmızı şeytanlar"ı üstün tutub. Bu transfer Portuqaliya təmsilçisinə 71 milyon funt-sterlinq qazandıracaq.
Qeyd edək ki, Bruno Fernandeş geridə qalan mövsüm 53 oyunda iştirak edib, 32 qol, 18 assistlə yadda qalıb.