PSJ-nin hücumçusu Neymar zədəsini sağaldıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, futbolçu yenidən Braziliya yığmasının düşərgəsinə qoşulub.

Son məşqlərin birində sol dizindən xəsarət alan 27 yaşlı superulduz bu səbəbdən kollektivdən ayrı düşmüşdü. Həkimlər onun Amerika Kuboku turnirində milliyə kömək edə biləcəyini açıqlayıb. "Sambaçılar" turnir çərçivəsində Boliviya, Venesuela və Peru ilə eyni qrupda mübarizə aparacaq.

Qeyd edək ki, Amerika Kuboku 14 iyun - 7 iyul tarixləri aralığında Braziliyada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest