İspaniyanın paytaxtı Madriddə keçirilən "Dostluq üçün futbol" sosial layihəsində futbol oyunlarına yekun vurulub. Matc.az xəbər verir ki, "Sabah"ın qapıçısı Ayxan Əlizadənin çıxış etdiyi "Antiguan Racer" turnirin qalibi olub.

Ayxanın komandası finalda "Tasmanian Devil"i üstələyərək, yarışı çempion kimi başa vurub.

Qeyd edək ki, ölkəmizi sosial layihədə təmsil edən digər futbolçulardan Babamirzə Mehdiyevin çıxış etdiyi komanda mübarizəni qrup mərhələsində, Fatimə Məhərrəmlinin oynadığı kollektiv isə yarımfinalda dayandırmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest