02 İyun 2019, 00:01
FUTBOL
"Kasımpaşa" gözlənilməz qərarla diqqət mərkəzinə düşüb. Matc.az xəbər verir ki, İstanbul təmsilçisi bu gün baş məşqçi vəzifəsinə gətirdiyi İbrahim üzülməzlə müqaviləyə xitam verib.
45 yaşlı mütəxəssis yeni komandası ilə 1 illik sözləşmə imzaladıqdan cəmi 3 saat sonra onunla yollar ayrılıb. üzülməz buna səbəb kimi, rəhbərliklə aralarında yaranmış fikir ayrılığını göstərib. Tərəflər konkret olaraq növbəti mövsümlə bağlı hədəf və transfer siyasətində dil tapa bilməyib.
Qeyd edək ki, "Kasımpaşa" geridə qalan mövsüm Superliqanı 14-cü pillədə bitirib.