çempionlar Liqasının (çL) final oyununda "Tottenhem"lə üz-üzə gələn "Liverpul" erkən qolla önə keçib. Matc.az saytının məlumatına görə, qarşılaşmanın 2-ci dəqiqəsində komandanın lideri Məhəmməd Salah penaltidən fərqlənib.
108-ci saniyədə fərqlənən misirli superulduz çL tarixində finalda ən erkən qol vuran 3-cü oyunçu olub. 1959-cu ildə "Real"ın üzvü Enrike Mateos 60-cı saniyədə "Ayntraxt"ı (7:3) məyus edib. Rekord isə "Milan"ın əfsanəvi müdafiəçisi Paolo Maldiniyə məxsusdu. O, 2005-ci ildə "Liverpul"la matçın 51-ci saniyəsində fərqlənib. Həmin qarşılaşma 3:3 hesabı ilə başa çatıb və penaltilər seriyası ilə "Liverpul" üstün olub.
Salah həmçinin Avropanın bir nömrəli klub turnirinin finalında qol vuran 5-ci afrikalı olub. Ona qədər Rabah Macer ("Portu" - 1987), Samuel Eto ("Barselona" - 2006, 2009), Didye Droqba ("çelsi" - 2012) və Sadio Mane ("Liverpul" - 2018) bunu bacarmışdı.