02 İyun 2019, 14:45
FUTBOL
"Mançester Yunayted"in müdafiəçisi Matteo Darmian ölkəsi İtaliyaya qayıda bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "İnter" 30 yaşlı futbolçunun transferində maraqlıdı.
"Qırmızı şeytanlar"ın hücumçusu Romelu Lukaku ilə ilkin razılıq əldə edən "neradzurra" Darmian üçün də qarşı tərəflə danışıqlara başlayıb. Yeni baş məşqçi Antonio Konte İtaliya millisinin üzvünü sərəncamında görmək istəyir. Bu səbəbdən Milan klubunun baş direktoru Beppe Marotta danışıq aparır.
"Mançester Yunayted" müqavilə müddəti gələn ilin yayına qədər olan Darmianı 12 milyon avroya satmağa razıdı.