"Ayaks"ın kapitanı Matteys de Liqtin yeni klubu hələ də bəlli deyil. Matc.az saytının "Telegraph"a istinadən məlumatına görə, gənc müdafiəçi "Barselona" ilə "Mançester Yunayted" arasında seçim aparacaq.

Hətta iddiaya görə, 19 yaşlı oyunçu qərarını dəyişib. Bir müddət əvvəl İspaniya nəhəngi ilə müqavilənin şərtlərini razılaşdıran de Liqtin indi də İngiltərəyə köçməyə yaxın olduğu bildirilir. çünki "qırmızı şeytanlar"ın təklifi kataloniyalılardan daha sərfəlidi və futbolçu ingilislərlə anlaşmaq üzrədi.

Qeyd edək ki, Matteys de Liqt 2016-cı ildən "Ayaks"ın əsas komandasında çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest