02 İyun 2019, 18:52
FUTBOL
"Ayntraxt"ın hücumçusu Luka Yoviç Avropa nəhənglərindən təklif almaqda davam edir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Serbiya millisinin üzvü indi də "Tottenhem"in maraq dairəsinə düşüb.
22 yaşlı forvardın "Real"la ilkin razılıq əldə etdiyi bildirilsə də, London klubu onlarla mübarizəyə qoşulub. Oyunçunun Premyer Liqada oynamaq arzusunda olması çempionlar Liqasının finalçısını həvəsləndirib. İngiltərə klubu futbolçunu "Real"ın əlindən almaq üçün onunla danışığa başlayıb.
Qeyd edək ki, Luka Yoviç həmçinin "Barselona"nın da transfer gündəmindədi.