İtaliya A seriyasına yüksələn 3-cü komanda bəlli olub. Matc.az saytının məlumatına görə, "Breşiya" və "Leççe"nin ardından "Verona" da növbəti mövsümdən elitada yarışacaq.

Pley-off oyunlarında "çitadella" ilə qarşılaşan komanda ilk oyunda 2:0 hesabı ilə məğlub olmasına baxmayaraq, cavab qarşılaşmasına 3:0 hesablı qələbə qazanaraq, A seriyasına yüksəlib.

Qeyd edək ki, "Verona" sonuncu dəfə 2016-cı ildə A seriyasında çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest