çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov növbəti təyinat alıb. Matc.az saytının məlumatına görə, o, Belarus yollanacaq.

Belə ki, Məmmədov iyunun 21-dən 30-dək paytaxt Minskdə keçiriləcək II Avropa Oyunlarında ədalət təmsilçisi olacaq.

Qeyd edək ki, Minsk-2019 II Avropa Oyunlarında digər idman növləri ilə yanaşı, çimərlik futbolu üzrə də qarşılaşmalar keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest