Son günlərin hərəkətli komandası "Zirə"də daha bir futbolçunun taleyinə aydınlıq gəlib. Matc.az saytının klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, yarımmüdafiəçi Vüqar Mustafayevlə yollar ayrılıb.

Bakılılar müqavilə müddəti başa çatan orta sahə oyunçusuna yeni sözləşmə təklif etməyib və Mustafayev azad agent statusuna malik olub. 2016-cı ildən bəri qəsəbə təmsilçisinin formasını geyinən 25 yaşlı oyunçu bu müddətdə 89 oyunda 1 qol vurub.

Qeyd edək ki, yay fasilsində Elvin Məmmədov, Cavid Hüseynov və Elvin Camalovu heyətinə qatan "Zirə" Budaq Nəsirov, Kamal Bayramov, Sadiq Quliyev, Pərdis Fərcad-Azad, Miloş Radivoyeviç, Aleksandr Dedov, Sadio Tounkara, İsmael Fofana və Dilan Duventru ilə vidalaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest