03 İyun 2019, 16:06
FUTBOL
"Latsio"nun baş məşqçisi Simone İnzaginin taleyinə aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 43 yaşlı mütəxəssis paytaxt klubundakı fəaliyyətini davam etdirəcək.
Bunu romalıların prezdenti Klaudio Lotito deyib. O bildirib ki, İnzagi klubla yeni müqavilə imzalayıb. Lotito yeni sözləşmənin müddətini açıqlamasa da, baş məşqçinin postunda qalacağı dəqiqləşib.
Qeyd edək ki, Simone İnzaginin "Milan" və ya "Yuventus"un "sükanı arxası"na keçməsi istisna edilmirdi.