"Fənərbaxça"nın yarımmüdafiəçisi Elif Elmas İspaniyaya köçməyə hazırlaşır. Matc.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 20 yaşlı futbolçu "Atletiko"ya keçməyə çox yaxındı.

çünki tərəflər arasında danışıqlar müsbət nəticələnib. Anlaşmaya əsasən, bu transfer madridlilərə 14 milyon avroya başa gələcək. İspaniya nəhənginin nümayəndələri keçidi rəsmiləşdirmək üçün bu həftə İstanbula səfər edəcəklər.

Qeyd edək ki, Elif Elmas geridə qalan mövsüm 29 oyunda 4 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest