Transfer çalışmalarını davam etdirən "Real" 3 oyunçunun keçidini bu həftə açıqlamağı planlaşdırır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "kral klubu" artıq Eden Azar, Luka Yoviç və Ferlan Mendi ilə hərtərəfli anlaşıb.
İlk olaraq "çelsi"nin lideri Azarın transferi açıqlanacaq. Klublar 120 milyon avroda ortaq məxrəcə gəliblər. Belçika millisinin üzvü bu gün ispanların oyunçusu kimi təqdim oluna bilər.
"Lion"dan Mendinin keçidini həll olunmuş saymaq olar. Yalnız rəsmi sözləşməyə qol çəkmək qalıb. "Ayntraxt"ın hücumçusu Yoviçin transferinin isə "Real"a 65-70 milyon avroya başa gəlməsi gözlənilir.
"Kral klubu"nun baş məşqçisi Zinəddin Zidan iyulun 8-də start götürəcək təlim-məşq toplanışına qədər bütün transferlərin edilməsini istəyir.