"Barselona" yeni mövsüm formasını rəsmən təqdim edib. Matc.az saytının məlumatına görə, budəfəki forma ənənəvi dizayndan fərqlənir.

Əgər əvvəlki formada Kataloniyanın rayonlarını təmsil edən 10 şaquli xətt var idisə, yeni mövsüm formasında dama-dama dizayn seçilib.

Mavi – qırmızı rəng dəyişilməz qalıbsa, Kataloniya bayrağı V formalı yaxanın üzərində əks etdirilib.

Formanı "Nike" firması hazırlayıb və iyunun 4-dən satışda olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest