UEFA Avropa Liqasının Bakıda keçirilən finalında "çelsi"yə uduzan "Arsenal"ın futbolçusu Məsut özil baş məşqçi Unay Emerini sərt tənqid edib. Matc.az saytının məlumatına görə, görüşün 77-ci dəqiqəsində komanda yoldaşı tərəfindən əvəzlənən türk əsilli yarımmüdafiəçi ehtiyat oyunçular skamyasında Emerinin arxasınca deyinib.

Onun bu hərəkəti kameraların obyektivinə düşüb və özilin "Vallah, sən məşqçi deyilsən" dediyi məlum olub.

Qeyd edək ki, Məsutun "Arsenal"la müqaviləsi 2021-ci ilə kimi nəzərdə tutulsa da, onun mövsümlərarası fasilədə "topçular"ı tərk edəcəyi gözlənilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest