04 İyun 2019, 01:03
FUTBOL
Leroy Sanenin "Bavariya"ya keçidi reallaşmayıb. Matc.az saytının məlumatına görə, bu barədə Münhen təmsilçisinin prezidenti Uli Höness Almaniya mətbuatına açıqlamasında deyib.
"Kicker" nəşrinə danışan Höness, "Mançester Siti"nin Sane üçün yüksək məbləğ istədiyini bildirib: "Hesab edirəm ki, Sanenin transfer məsələsi bağlandı. Onun bizim kluba keçməsi ehtimalı yoxdur. Tək problem puldur. "Mançester Siti" onun üçün çox yüksək məbləğ tələb edir".
Bir müddət əvvəl "Bavariya"nın Sane üçün "Mançester Siti"yə 80 milyon avro təklif etdiyi, ancaq bunun "şəhərlilər" tərəfindən rədd edildiyi bildirilmişdi.