"Lion"un müdafiəçisi Ferlan Mendi "Real"a keçməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, klublar arasında danışıqlar müsbət yekunlaşıb.

"Kral klubu" bu gün 24 yaşlı sol cinah oyunçusunu tibbi yoxlanışdan keçirəcək. Bu məqsədlə ispanların həkimləri Fransadadı. Tibbi testlərdən sonra transferlə bağlı rəsmi açıqlama olacaq. Bu keçid "Lion"a 55 milyon avro qazandıracaq. Futbolçu isə yeni komandası ilə 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, 2017-ci ildən "Lion"da çıxış edən Ferlan Mendi ötən ildən Fransa millisinə də çağırılır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest