2019-20 mövsümündə UEFA çempionlar Liqasında iştirak edəcək bütün komandaların adlarına aydınlıq gəlib. Matc.az saytının məlumatına görə, həmçinin klubların hansı mərhələdən mübarizəyə başlayacağı da məlumdu.

ümumilikdə 53 komanda qrup mərhələsində boş qalan 6 yer uğrunda mübarizə aparacaq. Belə ki, 4-ü ilkin, 31-i I təsnifat, 8-i II təsnifat, 8-i III təsnifat, 2-si isə pley-off mərhələsindən mübarizəyə qoşulacaq. Hazırda qrupda yer alan 26 klubun da püşkatma zamanı hansı səbətdə qərarlaşacağı məlumdu.

Azərbaycan çempionu "Qarabağ" yarışa I təsnifat mərhələsindən başlayacaq.

 

çEMPİONLAR LİQASI

İlkin mərhələ

Səpələnmişlər: "Linkoln" (Cəbəllütariq), "Santa Koloma" (Andorra)

Səpələnməmişlər: "Tre Penne" (San-Marino), "Feronikeli" (Kosovo)

 

I təsnifat mərhələsi

Səpələnmişlər: "Seltik" (Şotlandiya), BATE (Belarus), "Astana" (Qazaxıstan), "Ludoqorets" (Bolqarıstan), "Qarabağ" (Azərbaycan), "Maribor" (Sloveniya), "Srvena Zvezda" (Serbiya), "Şerif" (Moldova), "Rusenborq" (Norveç), HİK (Finlandiya), "Dundalk" (İrlandiya), "Düdelanj" (Lüksemburq), "Şkendiya" (Makedoniya), TNS (Uels), "Slovan" (Slovakiya), AIK (İsveç)

Səpələnməmişlər: "Suduva" (Litva), "Valletta" (Malta), "Sarayevo" (Bosniya və Herseqovina), "Pyast" (Polşa), "Pünik" (Ermənistan), "çFR Kluj" (Rumıniya), "Ferensvaroş" (Macarstan), "Nomme Kalyu" (Estoniya), "Sutyeska" (Monteneqro), "Partizani" (Albaniya), "Valyur" (İslandiya), "Linfild" (Şimali İrlandiya), "HB Torshavn" (Farer adaları), "Riqa" (Latviya), "Saburtalo" (Gürcüstan), ilkin mərhələnin qalibi

 

II təsnifat mərhələsi (çempionlar)

Səpələnmişlər: "Kopenhagen" (Danimarka), "Dinamo" (Xorvatiya), APOEL (Kipr), I təsnifat mərhələsinin 7 qalibi

Səpələnməmişlər: "Makkabi" (Təl-Əviv, İsrail), I təsnifat mərhələsinin 9 qalibi

 

II təsnifat mərhələsi (qeyri-çempionlar)

Səpələnmişlər: "Bazel" (İsveçrə), "Olimpiakos" (Yunanıstan)

Səpələnməmişlər: PSV (Hollandiya), "Viktoriya" (çexiya)

 

III təsnifat mərhələsi (çempionlar)

Səpələnmişlər: "Ayaks" (Hollandiya), II təsnifat mərhələsinin 5 qalibi

Səpələnməmişlər: PAOK (Yunanıstan), II təsnifat mərhələsinin 5 qalibi

 

III təsnifat mərhələsi (qeyri-çempionlar)

Səpələnmişlər: "Portu" (Portuqaliya), "Dinamo" (Ukrayna), II təsnifat mərhələsinin 2 qalibi

Səpələnməmişlər: "Brügge" (Belçika), "Krasnodar" (Rusiya), "Başakşəhər" (Türkiyə), "LASK Linz" (Avstriya)

 

Pley-off mərhələsi (çempionlar)

Səpələnmişlər: III təsnifat mərhələsinin 4 qalibi

Səpələnməmişlər: "Yanq Boyz" (İsveçrə), "Slaviya" (çexiya), III təsnifat mərhələsinin 2 qalibi

 

Pley-off mərhələsi (qeyri-çempionlar)

Səpələnmişlər: III təsnifat mərhələsinin 2 qalibi

Səpələnməmişlər: III təsnifat mərhələsinin 2 qalibi

 

Qrup mərhələsi

I səbət: "Liverpul" (çempionlar Liqasının qalibi, İngiltərə), "çelsi" (Avropa Liqasının qalibi, İngiltərə), "Barselona" (İspaniya), "Mançester Siti" (İngiltərə), "Yuventus" (İtaliya), "Bavariya" (Almaniya), PSJ (Fransa), "Zenit" (Rusiya)

II səbət: "Real" (İspaniya), "Atletiko" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Napoli" (İtaliya), "Şaxtyor" (Ukrayna), "Tottenhem" (İngiltərə), pley-off mərhələsinin 2 qalibi

III səbət: "Benfika" (Portuqaliya), "Lion" (Fransa), "Bayer" (Almaniya), "Zalsburq" (Avstriya), "Valensiya" (İspaniya), "İnter" (İtaliya), pley-off mərhələsinin 2 qalibi

IV səbət: "Lokomotiv" (Rusiya), "Genk" (Belçika), "Qalatasaray" (Türkiyə), "Leypziq" (Almaniya), "Atalanta" (İtaliya), "Lill" (Fransa), pley-off mərhələsinin 2 qalibi.

 

Qeyd edək ki, çempionlar Liqasında mübarizə iyunun 25-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest