"1996-cı ildə Azərbaycana qarşı keçirdiyimiz oyun hələ də yadımdadı. Həmin oyunun üzərindən 23 il vaxt keçməsinə baxmayaraq, dəqiq şərh verə bilərəm. İlk hissədə böyük üstünlük qura bilməmişdik".

"1996-cı ildə Azərbaycana qarşı keçirdiyimiz oyun hələ də yadımdadı". Matc.az saytı xəbər verir ki, bunu Macarıstan yığmasının sabiq futbolçusu Elek Nyilas deyib.

50 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla keçiriləcək oyun barədə fikirlərini səsləndirib. Keçmiş yarımmüdafiəçi 1996-cı il noyabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutmuş qarşılaşmanı da yada salıb.

Dç-1998-in seçmə mərhələsində baş tutan və macarların 3:0 hesablı qələbə qazandığı həmin görüşdə dubl edən Nyilas millimizin ürəklə mübarizə apardığını deyib: "Həmin oyunun üzərindən 23 il vaxt keçməsinə baxmayaraq, dəqiq şərh verə bilərəm. İlk hissədə böyük üstünlük qura bilməmişdik. Buna görə də fasiləyə qədər gərgin mübarizə oldu. Rəqib böyük iradə və ürəklə oynayırdı. Yəqin ki, bu dəfə də fərqli olmayacaq. Əgər çətinliklə qarşılaşırsınızsa, sakitlik, qətiyyət və komanda ruhu köməyinizə gəlməlidi".

Qeyd edək ki, Azərbaycan - Macarıstan oyunu iyunun 8-də "Bakcell Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest