"Atalanta"nın hücumçusu Duvan Zapata klubunu dəyişir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kolumbiya millisinin üzvü karyerasını çox güman ki, yenidən "Napoli"də davam etdirəcək.

Neapol təmsilçisi 28 yaşlı oyunçunun keçidi üçün onun meneceri ilə ortaq məxrəcə gəlib. İndi qalır "Atalanta"nın razılığını almaq. Geridə qalan mövsüm 23 qolla A seriyasında bombardirlər yarışında ikinci olan Zapatanın həftə ərzində sabiq klubuna dönməsi gözlənilir.

Qeyd edək ki, Duvan Zapata 2013-2018-ci illərdə "Napoli"də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest