Bu gün UEFA Millətlər Liqası turnirində ilk mövsümün final mərhələsinə start veriləcək. Matc.az xəbər verir ki, yarışın mükafatçıları Portuqaliyada müəyyənləşəcək.
Qrup mərhələsinin oyunları ötən ilin payızında baş tutan 2018/19 mövsümünün qalibi adına 4 iddiaçı qalıb. Bunlar A liqasında qrup qalibi olan Portuqaliya, İngiltərə, Hollandiya və İsveçrə yığmalarıdı.
Final mərhələsinin görüşlərinə iki şəhər – Gimaraynş və Portu ev sahibliyi edəcək. İlk qarşılaşmada Portunun "Draqao" stadionunda keçiriləcək. Meydan sahibləri İsveçrəni qəbul edəcək. Ertəsi gün Gimaraynşda İngiltərə ilə Hollandiya üz-üzə gələcək.
Final və III yer uğrunda matç iyunun 9-da keçiriləcək. Turnirin qalibi kubokun ilk sahibi olmaqla yanaşı, pul mükafatı da əldə edəcək. Millətlər Liqasının çempionu 10,5, finalçı isə 9 milyon avro əldə edəcək. üçüncü yerin sahibi 8, mükafatçılar sırasına düşə bilməyən komanda 7 milyon qazanacaq.
Millətlər Liqası
Yarımfinal
5 iyun
22:45. Portuqaliya – İsveçrə
Portu. "Draqao" stadionu
6 iyun
22:45. Hollandiya – İngiltərə
Gimaraynş. Afonso Enrike stadionu
III yer uğrunda oyun
9 iyun
17:00. Yarımfinalda məğlub olanlar
Gimaraynş. Afonso Enrike stadionu
Final
9 iyun
22:45. Yarımfinalda qalib gələnlər
Portu. "Draqao" stadionu