01 Sentyabr 2025, 10:28
FUTBOL
Türkiyənin "Fənərbaxça" klubu ispaniyalı yarımmüdafiəçi Marko Asensionun transferi ilə bağlı PSJ ilə razılığa gəlib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.
Bildirilir ki, təcrübəli futbolçunun futbolçu tibbi müayinədən keçmək və müqavilə bağlamaq məqsədilə Türkiyəyə yollanacaq.
Qeyd edək ki, ötən mövsümün ikinci yarısında Asensio "Aston Villa"nın heyətində İngiltərə Premyer Liqasının 13 matçında iştirak edib, 3 qol vurub və bir məhsuldar ötürmə edib.