01 Sentyabr 2025, 12:40
FUTBOL
PSJ-nin qapıçısı Canluici Donnarumma karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Fabrisio Romano paylaşıb.
İtaliyalı qolkiper "Mançester Siti"yə keçib. Sövdələşmənin dəyəri 39 milyon avrodur. Tərəflərin müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, Canluici Donnarumma 2021-ci ilin yayında azad agent kimi "Milan"dan PSJ-yə keçib.
Ötən mövsüm Donnarumma bütün turnirlərdə 47 matçda iştirak edib, bunun 17-də qapısını toxunulmaz saxlayıb. "Transfermarkt" portalında futbolçunun dəyəri 40 milyon avrodur.