"Şaxtyor"un braziliyalı cinah oyunçusu Kevin "Fulhem"ə keçməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat paylaşıb.

Bildirilir ki, futbolçu transferi başa çatdırmaq üçün agenti ilə birlikdə Londona gedib. Hazırda transfer ilə bağlı danışıqlar davam edir və hələlik yekun razılaşma əldə edilməyib.

Bir gün əvvəl "Fulhem" "Şaxtyor"la transfer barədə razılığa gəlib. Braziliyalının transfer qiyməti 42 milyon funt-sterlinq olacaq və bonuslar da veriləcək.

Qeyd edək ki, Kevin 2024-cü ilin yanvarından "Şaxtyor"da çıxış edir, "Palmeyras"dan 12 milyon avroya transfer olunub. Donetsk komandası ilə bir il yarım ərzində braziliyalı bütün turnirlərdə 57 matçda 17 qol vurub və 10 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest