"Bavariya" nigeriyalı hücumçu Ademola Lukmanın transferi üçün "Atalanta"ya təklif göndərib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist David Ornstein paylaşıb.

Bildirirlir ki, alman klubu forvardı almaq hüququ ilə icarəyə götürmək istəyir. Satınalma məbləğinin əhəmiyyətli olacağı qeyd olunur.

Qeyd edək ki, Lukman İngiltərənin "Çarlton" klubunun yetirməsidir. Avqustun 4-də o, transferi üçün müraciət etdiyini və klubu sövdələşməni əngəlləməkdə günahlandırdığını deyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest