Canluici Buffon PSJ-dən ayrılıb. Matc.az saytının məlumatına görə, bu barədə klubdan rəsmi açıqlama verilib.

Bildirilib ki, italiyalı qolkiperlə başa çatan müqavilənin müddətinin qarşılıqlı razılaşma əsasında uzadılmamasına qərar verilib.

Qeyd edək ki, Buffon ötən ilin yayında "Yuventus"dan azad agent kimi Paris təmsilçisinə keçmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest