Lionel Messi maraqlı açıqlamalarla diqqət çəkib. Matc.az saytının məlumatına görə, argentinalı super ulduz İspaniya mətbuatına müsahibəsində bir sıra məqamlara toxunub.

O, əvvəlcə yaxın günlərdə start götürəcək Amerika Kuboku haqqında danışıb: "Biz milli komanda olaraq bütün turnirlərə eyni əhval-ruhiyyə və potivasiya ilə yanaşırıq. Amma reallıq budur ki, Argentina yığması hazırda nəsildəyişmə prosesi keçirir. Əvvəl olduğu kimi, indi də yığmamız turnirin qalibi adına əsas namizədlərdən biridir. Ola bilər ki, şanslarımız əvvəlki illərə baxanda bir az daha zəif dəyərləndirilsin, amma bu kuboku qazanacaq potensialımız var".

Messi Argentina millisinin heyətinin formalaşmasında onun və atasının müdaxilələri ilə bağlı yayılmış xəbərlərə də münasibət bildirib: "Atamla bağlı bəzi futbolçulardan daha çox xəbərlər dolaşır. Bəzən heç vaxt əlaqəsinin olmadığı bir mövzunun içində diqqətlər ona yönəlir. Hətta deyirlər ki, guya biz birlikdə millinin heyətini təyin edirik. Bu, tamamilə yalandır!"

"Barselona"nın "vuran ayağı" övladları haqqında da bəhs edib: "Böyük oğlum – Tyaqo matçların heç  birini buraxmır. Mateo da futbolu bəyənir, amma həmişə mənim rəqibim olan komandalara azarkeşlik edir. Məsələn, keçən dəfə məğlub olduğumuz "Liverpul"a, sonra "Valemsiya"ya azarkeşlik edirdi. Hətta birlikdə futbola baxanda, "Real" qol vuranda sevinir. Deyəsən, "Real" fanatıdır".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest