07 Sentyabr 2025, 12:31
DÇ-2026
Azərbaycan milli komandasının sentyabrın 9-da Ukrayna yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.
Matc.az AFFA-nın saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək:
Oyunun baş hakimi Vassilis Fotias olacaq. Yan xətdə ona Andreas Meintanas və Mixail Papadakis köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Anastasios Papapetru yerinə yetirəcək.
Angelos Evangelu və Yoannis Papadopulos isə VAR hakimləri olacaq.