"Lion"un müdafiəçisi Ferlan Mendinin "Real"a transferi yubanır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb futbolçuda zədə aşkarlanmasıdı.

"Kral klubu" 24 yaşlı sol cinah oyunçunun transferini dünən açıqlamağı planlaşdırırdı. Lakin ikinci dəfə tibbi testə ehtiyac duyulub. İspanlar ötən mövsüm zədələnən Mendinin durumunu hərtərəfli araşdırmaq üçün keçidi rəsmiləşdirməyə tələsmir.

Qeyd edək ki, Ferlan Mendi ötən ildən Fransa millisinə çağırılır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest