PSJ yollarını ayırdığı qapıçı Canluici Buffona əvəzləyici tapıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Fransa çempionu "Mançester Yunayted"in qolkiperi David De Xeaya "elçi düşüb".

Paris təmsilçisi bununla bağlı qarşı tərəflə danışıqlar aparır. 29 yaşlı qapıçının transferi PSJ rəhbərliyinin təklif edəcəyi məbləğdən asılıdı. Klub əgər İspaniya millisinin üzvü ilə anlaşa bilməsə, "Real"lı Keylor Navasla danışığa başlayacaq.

Qeyd edək ki, David De Xeanın "Mançester Yunayted"lə müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest