06 İyun 2019, 22:24
FUTBOL
Azərbaycanı avrokuboklarda təmsil edəcək komandalar arasında ilk olaraq "Səbail" bir araya gəlib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi "ASCO Arena"da toplanışa başlayıb.
Yalnız yerli futbolçuların iştirak etdiyi birinci məşqdə yeni transferlər Kamal Bayramov və Urfan Abbasov da olub.
Qeyd edək ki, "Səbail" toplanışın ilk mərhələsini 10 gün Bakıda keçəcək.