UEFA Millətlər Liqasında ikinci finalçı müəyyənləşib. Növbəti xoşbəxt komanda Hollandiya - İngiltərə qarşılaşmasından sonra bəlli olub. Beləliklə, yarımfinalda rəqibi üzərində 3:1 hesablı qələbə qazanan hollandlar həlledici görüşə vəsiqə əldə edib.

UEFA Millətlər Liqasında ikinci finalçı müəyyənləşib. Matc.az saytının məlumatına görə, növbəti xoşbəxt komanda Hollandiya - İngiltərə qarşılaşmasından sonra bəlli olub.

Beləliklə, yarımfinalda rəqibi üzərində 3:1 hesablı qələbə qazanan hollandlar həlledici görüşə vəsiqə əldə edib. Ronald Kumanın yetirmələrinin finaldakı rəqibi ev sahibi Portuqaliya olacaq.

İyunun 9-da bütün medalçılar bilinəcək. Əvvəlcə İsveçrə ilə İngiltərə "bürünc" üçün üz-üzə gələcək. Ardından isə final qarşılaşması oynanılacaq.

Turnirin qalibi kubokun ilk sahibi olmaqla yanaşı, pul mükafatı da əldə edəcək. Millətlər Liqasının çempionu 10,5, finalçı isə 9 milyon avro əldə edəcək. üçüncü yerin sahibi 8, mükafatçılar sırasına düşə bilməyən komanda 7 milyon qazanacaq.

 

Millətlər Liqası

9 iyun

III yer uğrunda oyun

17:00. İsveçrə - İngiltərə

Gimaraynş. Afonso Enrike stadionu

 

Final

22:45. Portuqaliya - Hollandiya

Portu. "Draqao" stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest