"çelsi" FIFA-nın tətbiq etdiyi transfer qadağası ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib. Matc.az saytının məlumatına görə, bu barədə klub rəsmi açıqlama yayıb.

London təmsilçisi Apellyasiya Komitəsinin transfer qadağasını qüvvədə saxlama qərarından sonra son çıxış yolu kimi CAS-a müraciət edib. Qurumun verəcəyi qərar maraqla gözlənilir.

Qeyd edək ki, FIFA-nın qərarına əsasən, "çelsi" iki "transfer pəncərəsi"ndə yeni futbolçu qeydiyyatdan keçirə bilməyəcək. İngiltərə təmsilçisi heyətinə yalnız Dortmund "Borussiya"sından Kristian Pulişiçi qatıb. Onunla müqavilə yanvarda imzalanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest