"Mançester Yuayted" yarımmüdafiəçi Pol Poqbanın komandanı tərk etməsi ilə barışıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "qırmızı şeytanlar" artıq onun mövqeyinə oyunçu axtarışına başlayıb.

Premyer Liqa təmsilçisi "Monako"nun üzvü Yuri Tilemansa "elçi düşüb". "Mankunianlar" əgər Poqbanı bu yay satsa, Belçika millisinin üzvünü mütləq transfer edəcək. ötən mövsümün ikinci dövrəsini icarə əsasında "Lester"də keçirən 22 yaşlı yarımmüdafiəçi üçün danışıqlara start verilib.

Qeyd edək ki, Pol Poqba "Real" və "Yuventus"un maraq dairəsindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest