Məğlub olsaq belə, buna bəhanə gətirmək fikrimiz yoxdu. Uduzsaq, deməli, hansısa çatışmazlığımız var. Qalib gəlsək, yenə çatışmayan cəhətləri axtarıb tapacağıq. Şikayətlənmək üçün heç əsasımız yoxdu.

"Sabahkı oyun bizim üçün çox əhəmiyyətlidi". Matc.az saytı xəbər verir ki, bu sözlər Azərbaycan millisinin yarımmüdafiəçisi Qara Qarayevə məxsusdu.

Orta sahə oyunçusu bu gün təşkil olunan mətbuat konfransında AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində sabah Macarıstanla keçiriləcək oyun barədə fikirlərini bildirib.

O, oyunun komanda üçün böyük önəm kəsb etdiyini söyləyib: "Rəqibin hansı gücdə olduğunu bilirik. Xorvatiyanı məğlub etməsi Macarıstanın səviyyəsini göstərir. Komanda olaraq oyuna hazırıq. Azarkeşlərimizin önündə yaxşı nəticə qazanmaq istəyirik. Evdə oynamaq amilindən də yararlanıb, əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq".

Yarımmüdafiəçi komanda adından AFFA rəhbərliyinə minnətdarlıq edib: "Assosiasiya təlim-məşq toplanışı üçün hər cür şərait yaradıb. Neqativ düşünmək istəmirik. Amma bütün nəticələr mümkündü. Məğlub olsaq belə, buna bəhanə gətirmək fikrimiz yoxdu. Uduzsaq, deməli, hansısa çatışmazlığımız var. Qalib gəlsək, yenə çatışmayan cəhətləri axtarıb tapacağıq. Şikayətlənmək üçün heç əsasımız yoxdu. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest