"Bizim bir arzumuz var və buna çatmaq istəyirik. İstəyirik ki, uğurlu seriyanı davam etdirək. Bunun üçün də meydana qələbə əzmi ilə çıxacağıq".
"Bütün komandanın motivasiyası yüksək səviyyədədi". Matc.az saytı xəbər verir ki, bu sözlər Macarıstan yığmasının futbolçusu Qerqe Lovrençiçə məxsusdu.
31 yaşlı yarımmüdafiəçi AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə sabah keçiriləcək oyunöncəsi mətbuat konfransında iştirak edib.
Hücumameyilli oyunçu meydana 3 xal üçün çıxacaqlarını söyləyib: "Bizim bir arzumuz var və buna çatmaq istəyirik. İstəyirik ki, uğurlu seriyanı davam etdirək. Bunun üçün də meydana qələbə əzmi ilə çıxacağıq".
Lovrençiç əlavə edib ki, səfər oyununa ciddi hazırlaşıblar: "Əvvəllər hazırlıq bir neçə gündən ibarət olurdu. Bu dəfə hazırlıq üçün 11-12 gün vaxtımız oldu. Uzun müddət məşq etməyimizin sabahkı matçda müsbət təsir edəcəyinə inanıram".