08 İyun 2019, 00:15
FUTBOL
Eden Azarın "Real"a gözlənilən keçidi rəsmiləşib. Matc.az saytının məlumatına görə, bu barədə "kral klubu" rəsmi açıqlama yayıb.
Bildirilib ki, belçikalı yarımmüdafiəçi ilə 2024-cü ilə kimi müqavilə imzalanıb. Onun üçün "çelsi"yə nə qədər ödəndiyi və oyunçunun qazancı haqqında rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, 2012-ci ildən "çelsi"də çıxış edən Azar son olaraq Bakıda keçirilən Avroliqa finalında komandasının heyətində meydana çıxmış və 2 qolla komandasının kuboku qazanmasında böyük pay sahibi olmuşdu.