"Qarabağ" 2019/20 mövsümünün hazırlıqlarına start verib. Matc.az klubun saytına istinadən məlumat verir ki, ötən gün Ağdam təmsilçisinin bazasında bir araya gələn komanda axşam saatlarında "Azərsun Arena"da ilk məşqinə çıxıb.

Milli komandalarda olan futbolçular məşqdə iştirak etməyib, əvəzində isə əvəzedici komandanın bir neçə üzvü əsas komandaya qoşulub.

"Qarabağ"ın Bakıda davam edən təlim-məşq toplanışı iyunun 17-nə qədər davam edəcək, komanda bir gün sonra Avstriyaya yollanaraq hazırlığın ikinci mərhələsini orada davam etdirəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest