Avropa Liqasının finalında məğlub olaraq çempionlar Liqasına vəsiqə şansını əldən verən "Arsenal" heyətində "təmizləmə işləri"nə başlayıb. Matc.az-ın xarici mətbuata istinadən məlumatına görə, "topçular" 7 oyunçu ilə yollarını ayırıb.

Klub qapıçı Petr çex, müdafiəçilər Ştefan Lixtştayner, Xulio Pleqesuelo, Koen Bremell, yarımmüdafiəçilər Aaron Remsi, çarli Gilmor və hücumçu Denni Uelbeklə vidalaşıb. Adıçəkilən oyunçuların hamısının müqavilə müddəti başa çatıb və onlar azad agent statusu alıb.

çexin karyerasını bitirib "çelsi"nin idman direktoru təyin olunması gözlənilirsə, Remsi "Yuventus"a keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest