08 İyun 2019, 15:02
FUTBOL
"Tottenhem"in futbolçusu Erik Dayer klubunu dəyişməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi elə Premyer Liqada da qalacaq.
çünki "Mançester Yunayted" onun transferində maraqlıdı. "Mankunianlar" 25 yaşlı oyunçu ilə danışıq zamanı ona start heyətində yer təminatı verib. London klubundan ayrılmaq fikrində olan Dayer özü də bu keçidə qarşı deyil.
Qeyd edək ki, Erik Dayerin "Tottenhem"lə müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.